Ukrayna Silahlı Qüvvələri Sevastopol şəhərinə raket zərbəsi endirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raket hücum nəticəsində Qara Dəniz Donanmasının tarixi qərargah binasına ziyan dəyib, bir hərbçi həlak olub.
O da qeyd olunub ki, raket hücumunu dəf edərkən, beş raket hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
***
14:48
Rusiyanın Qara dəniz donanmasının qərargahına ikinci raket hücumunun ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu xəbərdarlıqla Sevastopol qubernatoru Mixail Razojayev çıxış edib.
O, donanmanın qərargahına ikinci hücumun mümkün ola biləcəyini söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələri RF-nin Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirib.
***
14:25
Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvijaeyv bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin raket zərbəsi nəticəsində mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb.
Qubernator əlavə edib ki, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.