Rusiya MN Qazaxıstan və Gürcüstana müraciət edilmədiyini açıqlayıb

Rusiya MN Qazaxıstan və Gürcüstana müraciət edilmədiyini açıqlayıb
# 27 sentyabr 2022 15:53 (UTC +04:00)

Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) Rusiya vətəndaşlarının məcburi qaytarılması ilə bağlı Qazaxıstan, Gürcüstan və digər ölkələrin dövlət orqanlarına müraciət etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya MN-dən verilən açıqlamada bildirilib.

“Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində Qazaxıstan Respublikasının, Gürcüstanın və digər ölkələrin dövlət orqanlarına orada olan Rusiya vətəndaşlarının ölkəyə məcburi qaytarılması ilə bağlı heç bir müraciət göndərməyib və göndərməyi planlaşdırmır”, - Rusiya MN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR