Rusiya MN: Slavyanskda Ukraynanın MiQ-29 qırıcı təyyarəsi vurulub

Rusiya MN: Slavyanskda Ukraynanın MiQ-29 qırıcı təyyarəsi vurulub
# 02 may 2022 12:38 (UTC +04:00)

Rusiya hərbi pilotları Slavyansk yaxınlığında hava döyüşü zamanı Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsini vurub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Luqanskın Petrovskoe yaşayış məntəqəsində iki "Toçka-U" taktiki raketi vurulub. Slavyansk vilayətində hava döyüşü zamanı Ukraynaya məxsus MiQ-29 qırıcısı vurulub", - deyə Rusiya MN sözçüsü bu gün keçirdiyi brifinqdə qeyd edib.

Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov, Xerson və Zaporojye vilayətlərində, eləcə də Donetsk və Luqansk vilayətində Ukraynanın 10 pilotsuz uçuş aparatını məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR