Rusiya MN sülhməramlıların Qazaxıstandakı vəzifələrini açıqlayıb

Rusiya MN sülhməramlıların Qazaxıstandakı vəzifələrini açıqlayıb
# 07 yanvar 2022 17:23 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanda hərbi əməliyyatlara cəlb olunmayacaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Qazaxıstan tərəfi ilə razılığa əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ölkədə asayişin bərqərar olması üçün yerli hüquq mühafizə orqanlarının və ordu hissələrinin apardığı əməliyyat-döyüş fəaliyyətinə cəlb edilmir”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Qazaxıstana göndərilən KTMT sülhməramlıları həyati əhəmiyyətli obyektlərin, aerodromların, əsas infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər: "Qazaxıstan Respublikasına göndərilən KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin bölmələri öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Sülhməramlı kontingentin bölmələri həyati əhəmiyyət kəsb edən obyektlərin, aerodromların, əsas sosial infrastruktur obyektlərinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR