Rusiya MN: Ukrayna ilə əsirlərin mübadiləsi Putinin birbaşa göstərişi ilə baş tutub

Rusiya MN: Ukrayna ilə əsirlərin mübadiləsi Putinin birbaşa göstərişi ilə baş tutub
# 30 iyun 2022 14:24 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin birbaşa göstərişi Ukrayna ilə hərbi əsirlərin mübadiləsi baş tutub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Dünən, iyunun 29-da Ukrayna tərəfi ilə “144 nəfərin 144 nəfərə” hərbi qulluqçuların dəyişdirilməsi baş tutub. Bu, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının bilavasitə göstərişi ilə təşkil edilib və həyata keçirilib. Geri qayıdanların əksəriyyətini təşkil edən hərbi qulluqçularımızın həyatı, sağlamlığı, azad edilməsi, - bu, ən vacib vəzifədir”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov azadlığa buraxılanların demək olar ki, hamısının yaralı və ya ağır yaralı olduğunu söyləyib. Onun sözlərinə görə, yaralılara bütün lazımi tibbi yardım göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR