Rusiya MN: Ukraynada döyüşən əcnəbi muzdluların böyük hissəsi məhv edilib

Rusiya MN: Ukraynada döyüşən əcnəbi muzdluların böyük hissəsi məhv edilib
# 02 iyun 2022 13:08 (UTC +04:00)

Ukraynada döyüşən əcnəbi muzdluların böyük hissəsi məhv edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, indiyədək Ukraynadakı xarici muzdluların ümumi sayı iki dəfə azalaraq, 6,6 min nəfərdən 3,5 min nəfərə düşüb.

"Ukraynadakı yüzlərlə əcnəbi muzdlu Rusiyanın yüksək dəqiqlikli uzaqmənzilli silahları ilə əlavə təlim keçdikləri yerlərə gəldikdən qısa müddət sonra məhv edilib. Lakin muzdluların əksəriyyəti döyüş bölgəsində, aşağı hazırlıq səviyyəsi və real döyüş təcrübəsinin olmaması nəticəsində məhv edilib”, - deyə rusiyalı general vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR