Rusiya MN: Ukraynada xarici muzdluların dislokasiya məntəqəsi vurulub

Rusiya MN: Ukraynada xarici muzdluların dislokasiya məntəqəsi vurulub
# 13 iyun 2022 13:25 (UTC +04:00)

Rusiya qoşunları yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Ukraynada xarici muzdluların müvəqqəti dislokasiya məntəqəsini vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib

"Yüksək dəqiqlikli havadan buraxılan raketlər "Luqansk Xalq Respublikası"nın Fedorovka rayonunda xarici muzdluların müvəqqəti dislokasiya olunduğu məntəqəni məhv edib. Bundan başqa, ötən sutka ərzində Xarkov vilayətinin Proqres və Luqanskın Volçeyarovka rayonlarında reaktiv yaylım atəşi sistemlərinin iki batareyası məhv edilib", deyə Rusiya MN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR