Rusiya MN: Ukraynanın 2 hərbi təyyarəsi vurulub

Rusiya MN: Ukraynanın 2 hərbi təyyarəsi vurulub
# 18 may 2022 12:36 (UTC +04:00)

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynanın 2 hərbi təyyarəsini və 15 pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetskin Tripilliya qəsəbəsi üzərində Ukraynaya məxsus bir Su-25 təyyarəsini vurub. Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi Xarkov vilayətinin Kamennaya Yaruqa yaşayış məntəqəsi ərazisində vurulub.

Donetskin Semenovka, Velyka Kamışevaxa, Xarkov vilayətinin, Rudniçnı, Qrabskoe, Staromixaylovka, Xerson vilayətinin Belyaevka və Çernobaevka yaşayış məntəqələri ərazisində Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatı məhv edilib”, deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələrinin 172 təyyarə, 125 helikopter, 927 pilotsuz uçuş aparatı, 311 zenit-raket kompleksi 3139 tank və digər zirehli döyüş maşını, 389 reaktiv yaylım atəşi sistemi, 1548 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2997 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR