Rusiya MN: Ukraynanın 2600-dən çox tankı məhv edilib

Rusiya MN: Ukraynanın 2600-dən çox tankı məhv edilib
# 28 aprel 2022 12:31 (UTC +04:00)

Rusiya xüsusi hərbi əməliyyatı başlayandan indiyədək Ukraynanın 300-ə yaxın reaktiv yaylım atəş sistemi məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna tərəfinin 142 təyyarə, 111 helikopter, 614 pilotsuz uçuş aparatı, 276 zenit-raket kompleksi, 2623 tank və digər zirehli döyüş texnikası, 299 reaktiv yaylım atəşi sistemi, 1146 səhra artilleriya qurğusu və minaatan , o cümlədən 2431 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - Rusiya MN sözçüsü bu gün keçirdiyi brifinqdə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR