Rusiya MN Ukraynanın Belqoroda hücum cəhdi etdiyini açıqlayıb

Rusiya MN Ukraynanın Belqoroda hücum cəhdi etdiyini açıqlayıb
# 01 iyun 2023 13:53 (UTC +04:00)

"Bu gün səhər saatlarında Kiyev rejiminin Belqorod vilayətinin Şebekino şəhərinin mülki əhalisinə qarşı yeni terror aktı törətmək cəhdinin qarşısı alınıb".

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, təxminən gecə saat 3 radələrində tanklarla gücləndirilmiş iki moto-atıcı rotası olan Ukrayna birləşmələri Şebekino ərazisinə soxulmağa cəhd edib. Rusiya hərbçiləri Ukrayna qoşunlarının üç hücumunu dəf edib.

"Kiyev rejiminin birləşmələri xeyli itki verərək geri çəkilib. Sərhəd pozuntularına imkan verilməyib, 30-dan çox ukraynalı məhv edilib", deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR