Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb

Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb
# 17 may 2022 13:30 (UTC +04:00)

Ötən sutka ərzində Rusiya yüksək dəqiqlikli uzaqmənzilli dəniz bazalı “Kalibr” raketləri Ukraynanın Lvov vilayətinin Stariçi dəmir yolu stansiyası yaxınlığında ehtiyat qoşunlarının şəxsi heyətini, habelə Donbassa çatdırılmaq üçün ABŞ və Avropa ölkələrindən gələn xarici silah və hərbi texnikanı məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan buraxılan raketləri Baxmut rayonundakı 30-cu mexanikləşdirilmiş briqadanı, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 28 ərazini, iki komanda məntəqəsi və rabitə mərkəzi də daxil olmaqla, Uqledar yaşayış məntəqəsinin ərazisində raket və artilleriya silahları və sursatları anbarını vurub. Zərbələr nəticəsində 470-dən çox millətçi öldürülüb, 68 hərbi texnika sıradan çıxıb.

Bundan başqa, Xarkov vilayətindəki Merefa dəmir yolu stansiyası yaxınlığında Donbasa ABŞ və Qərb ölkələrindən silah və hərbi texnikanın çatdırılmasını təmin edən dartma elektrik yarımstansiyası məhv edilib. Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus 23 pilotsuz uçuş aparatı məhv edib. Həmçinin, Xerson vilayətinin Çernobaevka ərazisində səkkiz “Smerç” yaylış atəşi siteminin raketi ələ keçirilib”, deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə Ukrayna Silahlı Qüvvələrinin168 təyyarə, 125 helikopter, 912 pilotsuz uçuş aparatı, 309 zenit-raket kompleksi, 3134 tank və digər zirehli döyüş texnikası, 385 reaktiv yaylım atəşi sistemi, 1542 səhra artilleriya və minaatan, o cümlədən 2983 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR