Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb

Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb
# 19 may 2022 12:29 (UTC +04:00)

Ötən gün Rusiya Hava Kosmik Qüvvələri Nikolayev vilayətində Ukraynaya məxsus S-300 hava hücumundan müdafiə sisteminin divizionunu və Donetskdə Buk-M1 hava hücumundan müdafiə sisteminin divizionunu yüksək dəqiqlikli havadan buraxılan raketlərlə məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Nikolayev vilayətinin Bolşiye Lomzaki rayonunda S-300 zenit-raket komplekslərinin və Donetskin Slavyanoqorsk rayonunda Buk-M1 hava hücumundan müdafiə sisteminin diviziyaları məhv edilib", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb:

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələrinin 172 təyyarə, 125 helikopter, 942 pilotsuz uçuş aparatı, 313 zenit-raket kompleksi, 3158 tank və digər zirehli döyüş maşını, 395 reaktiv yaylım atəşi sistemi, 1562 səhra artilleriya qurğusu və minaatan, 3026 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR