Rusiya MN: Ukraynanın iki helikopteri və bir təyyarəsi vurulub

Rusiya MN: Ukraynanın iki helikopteri və bir təyyarəsi vurulub
# 06 iyul 2022 13:16 (UTC +04:00)

Rusiyanın Su-35 qırıcıları hava döyüşü zamanı Nikolayev vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter və bir təyyarəni vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya 77 rayonda Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasına zərbələr endirib. Rusiyanın Su-35 qırıcıları Nikolaev vilayətinin Nikolaevka və Snegirevka yaşayış məntəqələrinim ərazisində hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin iki Mi-24 helikopterini və bir Su-25 təyyarəsini vurub", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Nazirlik Ukrayna tərəfinin indiyədək verdiyi itkilər barədə məlumatı da açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 232 təyyarə, 137 helikopter, 1462 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3915 tank və digər zirehli döyüş texnikası, 720 realtiv yaylım atəşi sistemi , 3096 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 4043 ədəd xüsusi təyinatlı hərbi avtomobil texbikası məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR