Rusiya MN Ukraynanın indiyədək verdiyi hərbi itkiləri açıqlayıb

Rusiya MN Ukraynanın indiyədək verdiyi hərbi itkiləri açıqlayıb
# 02 iyun 2022 13:42 (UTC +04:00)

Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 130-a yaxın hərbi helikopteri məhv edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya MN sözçüsü müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı qüvvələrinin 186 təyyarə, 129 helikopter, 1084 pilotsuz uçuş aparatı, 327 zenit-raket kompleksi, 3373 tank və digər zirehli döyüş texnikası, 460 reaktiv yaylım atəşi sistemi, 1752 səhra artilleriya və minaatan silahlar, o cümlədən 3350 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR