Rusiya MN: Ukraynanın MiQ-29 qırıcısı məhv edilib

Rusiya MN: Ukraynanın MiQ-29 qırıcısı məhv edilib
# 19 aprel 2022 11:39 (UTC +04:00)

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynada iki "Toçka-U" raketi və bir MiQ-29 qırıcısını məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi birifinqdə bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetsk vilayətinin Malinovka kəndi ərazisində havada Ukraynaya məxsus MiQ-29 qırıcısını vurub. Petropolya və Malaya Kamışevaxa yaşayış məntəqələri ərazisində iki “Toçka U” raketi vurulub”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkovun sözlərinə görə, bundan əlavə, Marinka, Kamenka, Semenovka və Siniçino yaşayış məntəqələri ərazilərində Ukraynanın dörd pilotsuz uçuş aparatı məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR