Rusiya MN: Ukraynanın MiQ-29 təyyarəsi və Mİ-24 helikopteri vurulub

Rusiya MN: Ukraynanın MiQ-29 təyyarəsi və Mİ-24 helikopteri vurulub
# 14 iyun 2022 12:50 (UTC +04:00)

Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin bir MiQ-29 hərbi təyyarəsini və bir Mİ-24 hərbi helikopterini vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Ötən sutka ərzində Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən" DXR"-in Slavyansk rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir MiQ-29 təyyarəsi, Nikolayev vilayətinin Sneqirevk rayonunda isə bir Mi-24 helikopteri məhv edilib", deyə Rusiya MN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR