Rusiya MN Ukraynanın son sutkada verdiyi itkiləri açıqlayıb

Rusiya MN Ukraynanın son sutkada verdiyi itkiləri açıqlayıb
# 10 iyun 2022 13:10 (UTC +04:00)

Son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-25 hücum təyyarəsini, bir MiQ-29 qırıcısını və beş pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin Xarkov vilayətinin Dolqenkiy rayonunda bir Su-25 və Dnepropetrovsk vilayətinin İnqulets şəhərində bir MiQ-29 hərbi təyyarəsini vurub. Həmçinin ötən sutka ərzində Ukraynanın 5 pilotsuz uçan aparatı məhv edilib", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb. “Ümumilikdə, xüsusi hərbi əməliyyatlar başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 195 təyyarə, 130 helikopter, 1168 pilotsuz uçuş aparatı, 336 zenit-raket kompleksləri, 3484 tank və digər döyüş zirehli nəqliyyat vasitələri, 499 reaktiv yaylım atəşi sistemi, 1843 artilleriya və minaatan qurğuları, o cümlədən 3528 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR