Rusiya MN: Ukraynaya məxsus Su-25 qırıcısı vurulub

Rusiya MN: Ukraynaya məxsus Su-25 qırıcısı vurulub
# 04 iyul 2022 13:10 (UTC +04:00)

Rusiya Hava Kosmik Qüvvələri ötən sutka ərzində Ukraynaya məxsus Su-25 qırıcı təyyarəsini vurub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ötən gün Donetskin Yasnaya Polyana bölgəsində səmada hava döyüşü zamanı Ukraynaya məxsus Su-25 qırıcı təyyarəsi vurulub.

Rusiya Müdafiə Nazirliyi müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 230 təyyarə, 134 helikopter, 1448 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3904 tank və digər zirehli döyüş texnikası, 706 reaktiv yaylım atəşi sistemi qurğusu, 3084 ədəd səhra artilleriya qurğusu və minaatan, həmçinin 4002 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”, - Rusiya MN-in məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR