Rusiya MN: Xarkov vilayətində HIMARS buraxılış qurğusu məhv edilib

Rusiya MN: Xarkov vilayətində HIMARS buraxılış qurğusu məhv edilib
# 05 sentyabr 2022 14:29 (UTC +04:00)

Rusiya Hava Kosmik Qüvvələri ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 220-dən çox hərbçisini Nikolayev-Krivoy Roq istiqamətində müəyyən ərazilərdə möhkəmlənməyə cəhd edərkən məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya Hava Kosmik Qüvvələri Xerson vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini vurub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin reaktiv yaylım atəşi sistemləri üçün 1,5 mindən çox mərmi, o cümlədən Amerikanın HIMARS sistemləri üçün 200-dən çox raket olan iki anbarı vurulub.

"Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Krasnopolye ərazisində Ukrayna Silahlı Qüvvələrinin briqadasının döyüş mövqelərinə endirdiyi zərbələr nəticəsində 20-yə qədər ukraynalı hərbçi öldürülüb, 50-dən çoxu isə yaralanıb. Rusiya qoşunları Xarkov vilayətində Amerikanın HIMARS buraxılış qurğusunu məhv edib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR