Rusiya MN "Z" və "V" işarələrinin mənasına aydınlıq gətirib

Rusiya MN "Z" və "V" işarələrinin mənasına aydınlıq gətirib
# 19 may 2022 14:07 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlar zamanı istifadə olunan Z və V işarələrinin mənasına aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Moskva Şəhər Dumasının kommunist partiyasından olan deputatı Yevgeni Stupin "Z" və "V" simvollarının mənasının izah edilməsi ilə bağlə Rusiya Müdafiə Nazirliyinə sorğu göndərib.

Sorğuya cavab olaraq Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Sergey Qusev bildirilib ki, "Z" və "V" işarələri rəsmi hərbi simvol deyil və xüsusi məna daşımır.

Qeyd olunub ki, bununla belə, hal-hazırda həmin işarələr tanınır və Rusiya Federasiyasının hərbçiləri və vətəndaşları tərəfindən müsbət qarşılanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR