Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti təmin edib

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti təmin edib
# 03 iyul 2022 13:48 (UTC +04:00)

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

"Sergey Şoyqu ali baş komandan Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi barədə məruzə edib”,- deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nəzərə çatdırılıb ki, Lisiçansk şəhəri və Beloqorovka, Novodrujesk, Maloryazantsevo, Belaya Qora daxil olmaqla, ətraf yaşayış məntəqələri nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gecə Rusiya ordusunun Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan sonuncu şəhəri - Lisiçanskı mühasirəyə aldığı açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR