Rusiya ordusu Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurub

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 24 sentyabr 2022 23:38 (UTC +04:00)

Rusiya silahlı qüvvələri Dnepropetrovsk vilayətinin səmasında Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.

APA xəbər verir ki, bu bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Nazirliyin məlumatına görə, təyyarə Amerikanın yüksəksürətli radar əleyhinə raketlərindən (HARM) istifadəyə uyğunlaşdırılmışdı.

Bundan əlavə, "42 HIMARS və Olxa yaylım atəşli reaktiv sistemi, həmçinin Xerson vilayətinin Nova Kaxovka yaxınlığında üç HARM havada məhv edilib", - Rusiya MN sözçüsü bildirib.

General əlavə edib ki, Rusiya silahlı qüvvələri yalnız bir gündə yeddi pilotsuz uçuş aparatını vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR