Rusiya ordusu Xarkovda Ukraynanın "Mi-24" helikopterini vurub

Rusiya ordusu Xarkovda Ukraynanın "Mi-24" helikopterini vurub
# 27 aprel 2022 21:12 (UTC +04:00)

Rusiya hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Çerkasskaya Lozovaya rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Mi-24" helikopterini vurub.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Peski-Radkovski və Borşevka yaşayış məntəqələri ərazilərində Ukraynanın iki PUA-sı məhv edilib.

Konaşenkov qeyd edib ki, Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan buraxılan raketləri Ukraynanın 17 hərbi obyektini vurub.

Həmçinin Ukrayna qoşunlarının iki komanda məntəqəsi, canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 15 ərazi vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR