Rusiya ordusuna müqaviləli xidmətə 325 mindən çox adam qəbul edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.
"2023-cü ilin əvvəlindən Rusiya Silahlı Qüvvələrində müqaviləli xidmətə 325 mindən çox adam qəbul edilib" - deyə Medvedyev vurğulayıb.
Qeyd dək ki, ötən ilin sentyabrında prezident Vladimir Putinin müvafiq fərmanı ilə Rusiyada qismən səfərbərlik elan olunun. Səfərbərlik çərçivəsində də 300 mindən çox çağırışçının ordu sıralarına cəlb olunduğu bildirilib.
Daha sonra Rusiya Silahlı Qüvvələri müqaviləli xidmətlə bağlı çağırış edib. Aylıq 204 min rubldan başlayaraq əmək haqqı civarında Rusiya öz vətəndaşlarını və xarici ölkə vətəndaşlarını orduda müqaviləli xidmətə dəvət edib.