Rusiya ötən gün Ukraynanın bir Su-25 qırıcısını, 7 PUA-sını vurub

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 02 iyun 2022 13:01 (UTC +04:00)

Rusiya qırıcıları ötən sutka ərzində Nikolayev vilayətində Ukraynaya məxsus Su-25 hücum təyyarəsini vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ötən sutka ərzində Rusiya qırıcı aviasiyası Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 təyyarəsini Nikolayev vilayətinin Lyubomirovka kəndi yaxınlığında vurub", - deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov ötən gün ərzində Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını (PUA) vurduğunu da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR