Rusiya Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəkləyir

Rusiya Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəkləyir
# 05 iyul 2022 20:52 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı ikitərəfli gündəliyin bəzi aktual məsələləri, o cümlədən ticarət-iqtisadi sahədə müzakirələr aparılıb.

Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyini daha da gücləndirmək üçün qarşılıqlı iradə təsdiqlənib.

Rusiya tərəfi Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR