Rusiya “Pervıy kanal”ın keçmiş redaktorunu axtarışa verib

Rusiya “Pervıy kanal”ın keçmiş redaktorunu axtarışa verib
# 03 oktyabr 2022 16:42 (UTC +04:00)

Rusiya “Pervıy kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanı axtarışa verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Marina Ovsyannikova oktyabrın 9-dək ev dustaqlığında olmalı idi. Onu Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Ovsyannikova “Pervıy kanal”da “Vremya” xəbərlər proqramının canlı efirində Ukraynadakı müharibənin əleyhinə şüar yazılmış plakatla etirazını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR