Rusiya polisi külli miqdarda elektron siqaret müsadirə edib

Rusiya polisi külli miqdarda elektron siqaret müsadirə edib
# 14 iyul 2022 08:43 (UTC +04:00)

Polis əməkdaşları Moskvada insan həyatı üçün təhlükəli olan 150 min ədəd elektron siqaret aşkar ediblər.

APA-nın xəbərinə görə, bu barədə Rusiya DİN məlumat verib.

Nazirliyin məlumatında göstərilir ki, paytaxtda 6 nəfər saxlanılıb. Onlardan üçü əcnəbidir. Onlar təhlükəsizlik normalarına cavab verməyən malları saxlamaqda və satmaqda şübhəli bilinirlər.

Yaşayış yerlərinə baxış keçirilərkən 150 min ədəd elektron siqaret və nağd valyuta aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR