Rusiya Polşanı ATƏT-i məhv etməkdə ittiham edib

Rusiya Polşanı ATƏT-i məhv etməkdə ittiham edib
# 22 noyabr 2022 13:11 (UTC +04:00)

Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasında iştirakından imtina etməklə, bu təşkilatın özünü məhv edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Söhbət təkcə bir dövlət kimi Polşadan deyil, ATƏT-ə sədrlik edən və bütün üzv ölkələr üçün bərabər iş şəraiti təmin etməli olan ölkədən gedir. Polşa Avropada təşkilatın öz sisteminə, təhlükəsizlik və əməkdaşlığına zərbə vurur", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova, ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını xatırladıb: "Bu gün Polşa sədrliyi faktiki olaraq bu danışıqlar platformasını məhv edir".

Qeyd edək ki, ATƏT-in hazırkı sədri olan Polşa Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının 1-2 dekabr tarixlərində Lodz şəhərində keçiriləcək iclasında iştirakına icazə verməyib. İclasda Rusiya nümayəndə heyətinə ATƏT-dəki daimi nümayəndə Aleksandr Lukaşeviç rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR