Rusiya Portuqaliyanın 5 diplomatını "arzuolunmaz şəxs" elan edib

Rusiya XİN

© APA | Rusiya XİN

# 19 may 2022 13:43 (UTC +04:00)

Rusiya Portuqaliyanın beş diplomatını "arzuolunmaz şəxs" elan edib.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün Portuqaliya səfiri Rusiya XİN-ə çağırılıb.

Səfirə Rusiya səfirliyinin 10 əməkdaşının ölkədən çıxarılması ilə bağlı etiraz təqdim edilib.

Rusiyanın cavab tədbiri olaraq Portuqaliya səfirliyinin beş əməkdaşı "arzuolunmaz şəxs" elan edilib. Onlara Rusiyanı tərk etmək üçün 14 gün vaxt verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR