Rusiya "Poseydon" nüvə torpedolarının ilk partiyasını istehsal edib

Rusiya "Poseydon" nüvə torpedolarının ilk partiyasını istehsal edib
# 16 yanvar 2023 22:45 (UTC +04:00)

Rusiyada xüsusi təyinatlı nüvə sualtı qayığı olan Beloqorod üçün “Poseydon” sualtı supertorpedolarının ilk dəsti hazırlanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, nüvə güc qurğusu da daxil olmaqla aparatın əsas komponentlərinin sınaqları uğurla başa çatıb.

Ekspertlərin qiymətləndirmələrinə görə, strateji nüvə sualtı dronu olan "Poseydon" tezliklə döyüş növbəsinə çıxa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR