Rusiya Pravoslav Kilsəsi Mitropolit İllarionu vəzifəsindən azad edib

Rusiya Pravoslav Kilsəsi Mitropolit İllarionu vəzifəsindən azad edib
# 07 iyun 2022 15:00 (UTC +04:00)

Rusiya Pravoslav Kilsəsinin (RPK) xarici kilsə əlaqələri şöbəsinin rəhbəri, Volokolamsk Mitropoliti İllarion vəzifəsindən azad olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə RPK-nın sinodu qərar qəbul edib.

Sinodun qərarına əsasən, Mitropolit İllarion RPK-nın xarici kilsə əlaqələri şöbəsinin rəhbəri vəzifəsindən azad edilərək Budapeşt-Macar Yeparxiyasının idarəedicisi təyin olunub.

Sinod RPK-nın xarici kilsə əlaqələri şöbəsinə Korsunsk Mitropoliti Antonini rəhbər təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR