Rusiya prezidenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə münasibət bildirib

Vladimir Putin

© APA | Vladimir Putin

# 30 iyun 2022 01:59 (UTC +04:00)

Rusiyanın İsveç və Finlandiya ilə münasibətlərində Ukrayna kimi problem yoxdur, NATO-ya daxil olmaq istəyirlərsə, qoşulsunlar, amma alyansın hərbi infrastrukturu Finlandiya və İsveçdə yerləşdirilsə, Rusiya buna cavab vermək məcburiyyətində qalacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

"İsveç və Finlandiyaya gəlincə, bizim İsveç və Finlandiya ilə elə bir problemimiz yoxdur, təəssüf ki, hansı ki, Ukrayna ilə var... Finlandiyanın və ya İsveçin NATO-ya üzvlüyü baxımından bizi narahat edəcək heç nə yoxdur. İstəyirlər, buyursunlar", - Putin Xəzər sammitinin yekunlarına dair mətbuat konfransında Finlandiya və İsveçin NATO-ya daxil olmasının Rusiyanın onlarla münasibətlərinə necə təsir edəcəyi sualına cavab verərkən deyib.

O, həmçinin Rusiyanın Ukraynanın alyansa qoşulmasına mane olmaqla NATO qüvvələrini öz sərhədlərindən uzaqlaşdırmaq məqsədinin olması tezisini yalan və “reallıqla heç bir əlaqəsi olmayan” adlandırıb.

"Bizim üçün Finlandiya və İsveçin NATO-ya üzvlüyü Ukraynanın üzvlüyü ilə heç də eyni deyil, bunlar tamam başqa şeylərdir. Bunu çox gözəl başa düşürlər. Sadəcə göstərmək üçün bu tezisi ictimai rəyə buraxırlar - baxın, Rusiya bunu istəmirdi, amma indi ikiqat cavabını aldı. Xeyir. Bu, tamam başqa şeydir”, - deyə Rusiya lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR