Rusiya Prezidenti ölkədə ümumi iqtisadi vəziyyətin sabitləşdiyini bildirib

Rusiya Prezidenti ölkədə ümumi iqtisadi vəziyyətin sabitləşdiyini bildirib
# 07 sentyabr 2022 11:53 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ölkədə ümumi iqtisadi vəziyyət sabitləşsə də, daxili iqtisadiyyatın müəyyən sektorlarında problemlərin olduğunu etiraf edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda çıxışında bildirib.

“Bəli, ümumilikdə iqtisadi vəziyyət sabitləşib, lakin təbii ki, biz bir sıra sənaye sahələrində və regionlarda, ölkənin ayrı-ayrı müəssisələrində, xüsusən də Avropadan tədarüklə bağlı olan və ya məhsullarını orada tədarük edən müəssisələrdə problemlərin olduğunu görürük. Bizneslə birlikdə operativ qərarlar qəbul etməyə davam etmək və effektiv ünvanlı dəstək mexanizmlərini işə salmaq vacibdir”, - deyə Putin vurğulayıb.

O, hökumət komissiyasına Rusiya iqtisadiyyatının sabitliyini yaxşılaşdırmaq üçün bu məsələni daim nəzarətdə saxlamağı tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR