Rusiya Prezidenti Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib

Vladimir Putin

© APA | Vladimir Putin

# 25 noyabr 2022 19:50 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin Təhlükəsizlik Şurasının üzvlərinə İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin yekunları ilə bağlı bəzi məsələləri müzakirə etməyi təklif edib.

Bundan başqa, Rusiya prezidenti müşavirə iştirakçılarına G20-nin işinin yekunları və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə İstanbulda keçirdiyi görüşü müzakirə etməyi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR