Rusiya prezidentinin köməkçisi Baydenlə Putin arasındakı danışıqların bəzi detallarını açıqlayıb

Yuri Uşakov

© APA | Yuri Uşakov

# 31 dekabr 2021 03:26 (UTC +04:00)

“ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu vurğulayıb”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov liderlərin söhbətindən sonra bildirib.

Putinin köməkçisinin sözlərinə görə, Bayden, həmçinin, vurğulayıb ki, Rusiya və ABŞ həm Avropada, həm də dünyanın başqa yerlərində sülh və təhlükəsizliyin təmin edilməsi səylərində əsas rol oynaya bilər və oynamalıdır: “Bundan başqa, Bayden Putini əmin edib ki, Vaşinqton Ukraynada hücum xarakterli silahları yerləşdirmək niyyətində deyil. Prezident Bayden bunu açıq şəkildə bəyan etdi. Vladimir Putin qeyd edib ki, bununla bağlı daha da substantiv danışıqlar aparmaq istəyirik”.

Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri telefon danışığı zamanı təhlükəsizlik təminatlarından da danışıblar: “Bu söhbət bütünlüklə təhlükəsizlik təminatı məsələlərinə həsr olunub, ikitərəfli gündəliyin konkret məsələlərinə toxunulmayıb”.

Uşakov əlavə edib ki, Bayden Rusiyanın qaldırdığı məsələlərlə bağlı danışıqlar aparmaq üçün məsul nümayəndələr təyin etməyi təklif edib: “Bugünkü söhbət, sadəcə olaraq, eyni mövzunun davamı idi. Bayden yaxşı hazırlanmışdı və çox mənalı açıqlamalar verdi. Biz öz tərəfimizdən, həmçinin, qarşıdan gələn danışıqlara hansı əsas prinsiplərlə getdiyimizi müəyyən etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR