Rusiya PUA-nı 5 km məsafədə yandıran lazeri sınaqdan keçirib

Rusiya PUA-nı 5 km məsafədə yandıran lazeri sınaqdan keçirib
# 18 may 2022 12:42 (UTC +04:00)

Rusiya pilotsuz uçuş aparatını (PUA) 5 kilometr məsafədə 5 saniyə ərzində yandıra bilən lazeri sınaqdan keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş nazirin müavini Yuri Borisov bildirib.

“Biz daha böyük gücə malik olan və müxtəlif vasitələrin istiliklə məhv edilməsinə imkan verən lazer sistemlərini işləyib hazırlamışıq və praktiki olaraq kütləvi istehsal edirik”, - Rusiya Baş nazirinin müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR