Rusiya Sakit okeanda 40-dan çox gəmi ilə təlimlərə başlayıb

Rusiya Sakit okeanda 40-dan çox gəmi ilə təlimlərə başlayıb
# 03 iyun 2022 07:24 (UTC +04:00)

Sakit okeanda Rusiya donanmasının təlimləri başlayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə 40-dan çox döyüş və yardımçı gəmiləri cəlb olunub.

Həmçinin 20 təyyarə və helikopter də tapşırıqlar yerinə yetirəcək.

Gəmilər şərti düşmənin sualtı qayıqlarının axtarışını həyata keçirəcək.

Təlimlərə “Marşal Krılov”, “Freqat Marşal Şapoşnikov” və başqa gəmilər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR