Rusiya səfiri: Ankara və İrəvan mövqelərin yaxınlaşması üzərində çalışırlar

Rusiya səfiri: Ankara və İrəvan mövqelərin yaxınlaşması üzərində çalışırlar
# 30 may 2023 15:24 (UTC +04:00)

Ankara və İrəvan mövqelərin yaxınlaşması üzərində çalışırlar.

APA xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Valday” Beynəlxalq Diskussiya Klubunda təşkil olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı konkret razılaşmalar yoxdur. Bundan əlavə, işlərin başa çatdırılması üçün konkret tarixlər mövcud deyil:

“Proses davam edir, müsbət səmtdə gedir. Ümid edək ki, proses düzgün və lazımi istiqamətdə inkişaf edəcək”.

Diplomat deyib ki, “zəlzələ diplomatiyası” (red. - Türkiyə tərəfi Ermənistanın ölkədəki zəlzələdən sonra etdiyi humanitar yardımı belə adlandırır ) Ankara ilə İrəvan arasında münasibətlərin inkişafına təkan verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR