Rusiya səfiri Zaxarovanın bəyanatına görə Qazaxıstan XİN-ə çağırılacaq

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 05 oktyabr 2022 11:10 (UTC +04:00)

Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya səfirini bu gün “söhbət üçün” çağıracaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, səfirin XİN-ə çağırılmasına səbəb ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukrayna səfirinin Astanaya qayıtması ilə bağlı verdiyi açıqlama olub.

Qazaxıstan Xarici İşlər Nazirliyi hesab edib ki, Zaxarovanın bəyanatının tonu Qazaxıstan və Rusiyanın bərabərhüquqlu strateji tərəfdaşlar kimi müttəfiqlik münasibətlərinin xarakterinə uyğun gəlmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR