Rusiya səfirliyi saxlanan oliqarxa görə Britaniyadan izahat tələb edir - YENİLƏNİB

Rusiya səfirliyi saxlanan oliqarxa görə Britaniyadan izahat tələb edir  - YENİLƏNİB
# 04 dekabr 2022 00:13 (UTC +04:00)

Rusiyanın Londondakı səfirliyi Britaniya hökumətinə nota verib.

APA-nın Rusiya KİV-ə isinadla xəbərinə görə, notada saxlanılmış biznesmen Mixail Fridmanın həbs səbəbi soruşulur.

Səfirlik saxlanan şəxsin konsul xidməti ilə, tərcüməçi və vəkillə təmin edilməsini tələb edib.

***

20.47

Rusiyalı oliqarx Mixail Fridman Londonda saxlanılıb.

APA-nın Moskva müxbiri Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, oliqarx şərikləri ilə birlikdə Britaniyanın Terrorla Mübarizə Polisinin Xüsusi İdarəsi tərəfindən sanksiya rejimindən yayınmaqda şübhəli bilinərək saxlanılıb.

Dörd saatlıq dindirmədən sonra Fridman və şərikləri 150 min funt-sterlinq girov və Skotland Yarda gəlmək öhdəliyi qarşılığında sərbəst buraxılıb.

Rusiyanın Londondakı səfirliyi Britaniya hakimiyyət orqanlarından rusiyalı iş adamının saxlanmasının səbəbləri və şəraiti barədə dərhal məlumat verilməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR