Rusiya sərhədini keçərkən yük maşınları üçün elektron növbə haqqında qanun qəbul edilib

Rusiya sərhədini keçərkən yük maşınları üçün elektron növbə haqqında qanun qəbul edilib
# 09 fevral 2023 15:20 (UTC +04:00)

Dövlət Duması Rusiya Federasiyasının sərhədini keçərkən yük maşınları üçün elektron növbə haqqında qanun qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, elektron növbə Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən edilmiş qaydada işləyəcək. Buraya rezervasiya üçün tələb olunan sənədlərin siyahısı, müəyyən edilmiş vaxtda sərhəd keçidlərinə nəzarət qaydası, buraxılış məntəqələrindən növbədənkənar keçə biləcək nəqliyyat vasitələrinin kateqoriyaları əks olunacaq.

Həmçinin hökumət yolda hərəkət imkanını təmin etmək üçün nəqliyyat vasitələrinin yol boyu yerləşdirilməsini təmin etməli olacaq.

Qeyd edək ki, Rusiya sərhədini yük avtomobili ilə keçmək üçün tarix və vaxtı rezervasita etməklə bağlı bir qanunvericiliyə düzəlişlər təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR