Rusiya “Şimal axını 2” boru kəmərinin zədələnməmiş xətti vasitəsilə qaz tədarük etməyə hazırdır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib.
Qeyd edək ki, daha əvvəl “Qazprom” şirkəti məlumat yayaraq bildirib ki, sızmalardan sonra kəmərin A xəttində təzyiq sabitləşib, B xəttində isə təzyiqin azaldılması istiqamətində iş aparılır.
Şirkətdən o da bildirilib ki, B xəttində “tədarükün başlanmasına dair qərar” verildiyi halda qaz yoxlamadan sonra boru kəmərinə vurula bilər.