Rusiya Talibanı tanımaq istəyir

Rusiya Talibanı tanımaq istəyir
# 26 aprel 2022 16:50 (UTC +04:00)

Taliban hökumətindən diplomata akkreditasiya verilməsi onların Moskva tərəfindən rəsmi tanınması demək deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş katibi Antoniu Quterreşlə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bu, rəsmi diplomatik tanınma demək deyil. Burada biz Əfqanıstanın əsas qonşuları ilə birlikdə hərəkət edirik və mövcud reallıqları dərk edərək işləyirik. Səfirlik vasitəsilə Talibanla müntəzəm əlaqələrimiz var. Biz Əfqanıstanda yeni hakimiyyətinin vədlərinə əməl edəcəklərini və inklüziv hökumət yaradacaqlarını başa düşərək, onların tam diplomatik tanınmasına doğru irəliləmək istəyirik”, - Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Taliban rejimindən olan diplomat Camal Nasir Qarvala Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili kimi akkreditasiya verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR