Rusiya Türkiyəyə həkimlərdən ibarət heyət göndərib - YENİLƏNİB

Rusiya Türkiyəyə həkimlərdən ibarət heyət göndərib - YENİLƏNİB
# 08 fevral 2023 14:01 (UTC +04:00)

Rusiya Türkiyəyə həkimlərdən ibarət heyət göndərib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya səhiyyə nazirinin köməkçisi bildirib.

O, zəlzələdən zərərçəkənlərə kömək etmək üçün 11 rusiyalı həkimdən ibarət heyətin Türkiyəyə göndərildiyini söyləyib.

***

11:44

Rusiya Türkiyəyə əlavə xilasedicilər qrupu göndərəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə əlavə xilasedicilər qrupu göndərmək barədə qərar verib.

Qeyd edək ki, Türkiyədə təbii fəlakət nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb, zəlzələdə 37 011 nəfərin yaralandığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR