Rusiya Türkiyəyə Su-35 qırıcıları sata bilər

Rusiya Türkiyəyə Su-35 qırıcıları sata bilər
# 18 iyul 2019 14:38 (UTC +04:00)

“Rusiya Türkiyəyə Su-35 qırıcı təyyarələri satmağa hazırdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rostex Dövlət Koorparasiyasınınrəhbəri Sergey Çemezov deyib.

“Əgər türkiyəli həmkarlarımız arzu etsələr, biz Su-35 qırıcılarının göndərilməsinə hazırıq”,- Rostex rəhbəri vurğulayıb.

Qeyd edək ki, Ağ Evdən bildirilib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satılmasını mümkünsüz edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR