Rusiya Ukraynada qisas əməliyyatı həyata keçirdiyini açıqlayıb

Rusiya Ukraynada qisas əməliyyatı həyata keçirdiyini açıqlayıb
# 08 yanvar 2023 17:01 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin yanvarın 1-də Rusiya hərbçilərinin Donetskin Makeyevka rayonunda müvəqqəti yerləşdirmə məntəqəsini atəşə tutmasına cavab olaraq Rusiya Federasiyasının Birləşmiş qruplaşmasının komandanlığı qisas əməliyyatı keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kiyevə cavab olaraq Rusiya hərbçiləri Kramatorskda 1300-ə yaxın ukraynalı hərbçinin olduğu iki yataqxanaya zərbə endirib.

“Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin müvəqqəti yerləşdirildiyi bu məntəqələrə kütləvi raket hücumu nəticəsində 600-dən çox ukraynalı hərbçi məhv edilib”, - deyə Rusiya MN-nin məlumatında bildirilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Makeyevkada Rusiya Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin müvəqqəti dislokasiya məntəqəsinə hücum edib. Rusiya MN raket hücumu nəticəsində 89 hərbçinin həlak olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR