Rusiya Ukraynanın 13 pilotsuz uçuş aparatını vurub

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 14 may 2022 12:37 (UTC +04:00)

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ərzində Xarkov vilayəti üzərində Bayraktar-TB2 də daxil olmaqla Ukraynanın 13 pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya hava hücumundan müdafiə sistemləri gecə saatlarında Xarkov vilayətinin Çkalovskoe, Dementyevka, Klinsk, Qlubokoe, Balakleya, Qoptovka, Donetskin Staromixaylovka, Spartak, Yelenovka və Petrovenki, Luqanskın Severodonetski yaşayış məntəqələri ərazilərində, o cümlədən Xarkov vilayətinin Mankovka yaşayış məntəqəsi üzərində biri Bayraktar TB-2 olmaqla, Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını məhv edib. Həmçinin, Xarkov vilayətinin İzium, Semyonovka və Snejkovka qəsəbələri ərazisində “Smerç” reaktiv yaylım atəş sisteminin üç raketi ələ keçirilib", deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri barədə məlumatı da açıqlayıb. Onun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 165 təyyarə, 125 helikopter, 858 pilotsuz uçuş aparatı, 304 zenit-raket kompleksi, 3051 tank və digər zirehli döyüş texnikası, 372 reaktiv yaylım atəşi sistemi, 1507 səhra artilleriya silahları və minaatanları, o cümlədən 2898 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR