Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb

Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb
# 10 may 2022 12:32 (UTC +04:00)

Mayın 9-da Xarkov vilayətində hava döyüşü zamanı Ukraynaya məxsus Su-25 hücum təyyarəsi vurulub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Mayın 9-da axşam saatlarında Xarkov vilayətinin Novaya Dmitrovka kəndi yaxınlığında hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi vurulub.

Rusiya hava hücumundan müdafiə sistemləri gecə saatlarında Donetskin Mospino və Yunokommunarsk yaşayış məntəqələri və Odessa şəhəri ərazilərində Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatını məhv edib. Donetskin Xartızsk qəsəbəsi üzərində Ukraynanın Toçka -U raketi və Smerç reaktiv yaylım atəşi qurğusu vurulub. Xarkov vilayətinin Malaya Kamışevaxa və İzyum bölgələrində "Smerç" reaktiv yaylım atəş sisteminin daha iki raketi vurulub", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 163 təyyarə, 124 helikopter, 793 pilotsuz uçuş aparatı, 300 zenit-raket kompleksi, 2979 tank və digər zirehli döyüş maşını, 351 reaktiv yaylım atəşi sistemi , 1440 səhra artilleriya qurğusu və minaatanlar, həmçinin 2789 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR