Rusiya Ukraynanın ötən gecəki hərbi itkilərini açıqlayıb

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 27 aprel 2022 12:05 (UTC +04:00)

Rusiya aviasiyası ötən gecə ərzində Ukraynanın 59 hərbi obyektini vurub, nəticədə 120-dən çox ukraynalı silahlı öldürülüb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki və ordu aviasiyası bir gecədə Ukraynanın 59 hərbi obyektinə zərbələr endirib. Nəticədə canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 50 ərazi, Çervonoe, Dolqenkoe, Paşkovo və Vesele yaşayış məntəqələrində dörd silah və sursat anbarı, həmçinin Slavyansk ərazisində "Buk-M1" zenit-raket kompleksi məhv edilib ", - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov qeyd edib ki, zərbələr nəticəsində 120-dən çox millətçi və 35 zirehli texnika və avtomobil məhv edilib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Oleksandrivka, Balakleya, Bryanka, Zaporojye, İzyum, Kapitolovka, Peremoqa, Petrovka, Popasnoye, Proletarskoye, Trudolyubovka yaşayış məntəqələrində Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatını vurub. Vurulan PUA-lardan ikisi Bayraktar TB2-dir. Bundan əlavə, Ukraynanın “Toçka-U” taktiki raketi İliçevka qəsəbəsi üzərində havada vurulub”, - deyə rusiyalı general əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR